AZ

Trampla Putin arasında hansısa gizli sövdələşmə var? Politoloq

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

"İranın zənginləşdirilmiş uranını Rusiyaya göndərməsinə müsbət yanaşmasının müqabilində, Moskva da böyük ehtimalla Trampdan Ukrayna məsələsində öz xeyrinə hansısa üstünlüklər əldə edib".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Rusiya rəsmilərinin ABŞ-la Tehran arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılığını azaltmağa kömək etmək üçün İrandan zənginləşdirilmiş uranı çıxarmağa və mülki reaktorlar üçün yanacağa çevirməyə hazır olduğunu bəyan etməsini şərh edərkən deyib.

"İranı nüvə silahı hazırlamaqdan yayındırmaq, onun bu addıma getməsini istəmiriksə, uranın müvəqqəti olaraq Rusiyaya verilməsi Moskva tərəfidən ona daha ciddi köməklik edilməsi demək olacaq. Tramp avantürist siyasətçidir. İran zənginləşdirilmiş uranı Moskvaya versə, bu, Trampın Rusiyaya bağlı olması barədə fikirlərin öz təsdiqini tapması demək olacaq", deyə Qabil Hüseynli bildirib.

Politoloqun fikrincə, Trampla Putin arasında hansısa gizli sövdələşmə mövcuddur:

"Rusiya ABŞ-la İran arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını azaltmağa kömək etmək üçün İrandan yüksək dərəcədə zənginləşdirilmiş uranı çıxararaq, öz ərazisində saxlamağa və mülki reaktorlar üçün yanacağa çevirməyə hazır olduğunu bəyan edib. Aydın məsələdir ki, Rusiya bunu heç də birtərəfli qaydada etməyib. Böyük ehtimalla məsələ ilə bağlı olaraq Trampla Putin arasında hansısa gizli sövdələşmə var. Xatırladım ki, bir müddət əvvəl İranla ABŞ arasındakı danışıqlarda Vaşinqton Tehrana təklif etmişdi ki, sahib olduğu uranı başqa ölkə ərazisində yerləşdirsin. Bu zaman xüsusən də Rusiyanın ərazisi vurğulanırdı. Ardınca Rusiya rəsmiləri buna hazır olduqlarını bəyan edirlər. Yəni İranın nüvə silahına sahib olmaması üçün onun malik olduğu uran Rusiya ərazisinə köçürülür və Tehran ondan istifadə etməklə dinc məqsədlərlə özünün nüvə enerjisini inkişaf etdirir. 

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

ABŞ-la Rusiya arasında gərginliyin qaldığı indiki zamanda Moskva Ağ Evə İranla bağlı məsələdə yardım əlini uzadırsa, deməli, qarşı tərəf də buna görə hansısa güzəştlərə getməyi öhdəsinə götürüb. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında əvvəlcədən hansısa gizli sövdələşmə əldə edilib. Yenə Rusiya indiki məqamda əvəzini almadan elə-belə buna getməz. Bu sövdələşmə də böyük ehtimalla Ukrayna ilə bağlıdır. Çünki Rusiyanı hazırda düşündürən bir nömrəli məsələ məhz budur. Görünür, İranın uran məsələsini yoluna qoymağın müqbilində Tramp adminstrasiyası da Putinin Ukraynadakı fəaliyyətinə müəyyən sərbəstlik verəcək. Hətta bu fonda Amerika tərəfindən Rusiyaya yönəlik bəzi sanksiyaların götürülməsini də gözləmək olar".

Qeyd edək ki, Rusiya ABŞ-la Tehran arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını azaltmağa kömək etmək üçün İrandan yüksək dərəcədə zənginləşdirilmiş uranı çıxarmağa və mülki reaktorlar üçün yanacağa çevirməyə hazır olduğunu bəyan edib. Bu barədə Reuters xəbər verib.

Bu təklifi Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov səsləndirib. Onun sözlərinə görə, həllə nail olmaq üçün səylər ikiqat artırılmalıdır və Moskva əməli yardım göstərməyə hazırdır.

"Biz həm Vaşinqtona, həm də Tehrana təkcə danışıqlar prosesində faydalı ola biləcək ideyalar şəklində deyil, həm də praktiki olaraq kömək etməyə hazırıq: məsələn, İranın hasil etdiyi artıq nüvə materialının ixracı və onun reaktorlar üçün yanacaq istehsalına daha da uyğunlaşdırılması yolu ilə", diplomat qeyd edib.

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
qaynarinfo.az

1Mənbələr