AZ

Rusiyaya deyəcəyik ki, izləyirik... - NATO

NATO geniş əraziləri skan etmək üçün peyk vasitəsilə müşahidə imkanlarını genişləndirir. Bu, alyansa Ukrayna və Rusiya sərhədlərində hərbi hərəkətləri izləməyə imkan verəcək.

Axar.az xəbər verir ki, bunu NATO-nun Konsepsiya və Transformasiya üzrə komandanı admiral Pyer Vandye deyib.

“Yeni alət alyansa ilk dəfə olaraq geniş ərazilərə nəzarət etməyə imkan verəcək, ona manevrləri, qoşunların hərəkətini və döyüş əməliyyatlarını müşahidə etməyə imkan yaradacaq. Bu gün rusların Ukraynada dayanacağına əmin deyilik. Onlara deyə biləcəyik: İzləyirik”, - o bildirib.

Seçilən
30
1
axar.az

2Mənbələr