AZ

"Atam anamı şampan butulkası ilə döyürdü" - VİDEO

"Bizimləsən" verilişinə üz tutan yaşlı kişi həyat hekayəsini danışıb.

Milli.Az xəbər verir ki, uşaqlıq dövrünü yada salan Rəcəb kişi kövrəlib. 

Onun studiyadakı hər kəsi dəhşətə gətirib:

"Atamın çox səhvləri olub. Ailəyə baxmayıb. Anam 6 aylıq hamilə idi. Onu şampan butulkası ilə döyürdü. Bədəni göm-göy olurdu. Həmişə atama bunlara görə nifrət etmişəm.

Bizə analıq gətirmişdi. Onun da qabağına çıxırdım. O yumruqlar mənə də dəyirdi. Özünə də deyirdim ki, belə şeylər eləmə, onu döymə. Bizə baxır".

Hüseyn
Milli.Az

Seçilən
46
9
milli.az

10Mənbələr