Xaçmazın İstisu qəsəbəsində rus əsilli qadının yaşadığı evdə meyiti tapılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə 79 yaşlı Valentina Nikolayevna Sevdiyevanın meyitini qonşular görüb. Tək yaşayan qadının 2-3 gün əvvəl öldüyü ehtimal edilir. Onun astma xəstəsi olduğu deyilir.
Qadının meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta