Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 12 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Elmi Kitabxananın metodik fəaliyyəti və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) illik hesabatına həsr olunmuş “Rəqəmsal əsrdə universitet kitabxanaları: beynəlxalq resurslar və repozitoriyalar” mövzusunda seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, respublika ali məktəb kitabxanalarının metodiki mərkəzi və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) rəhbəri olan BDU-nun Elmi Kitabxanası tərəfindən hər il mütəmadi keçirilən seminarda ölkənin bir sıra region ali təhsil müəssisələri və dövlət qurumlarının kitabxana rəhbərləri də daxil olmaqla 80-dən çox əməkdaş iştirak edib.
Seminarda çıxış edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov müasir dövrdə elm və təhsildə məlumat bazalarının önəmi, onlara əlçatanlığın təmin edilməsi və tədqiqat potensialının inkişafında repozitoriyaların rolunun vacibliyindən danışıb.
BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova “Elektron resurslara əlçatanlıqda korporativ abunəlik: problemlər və həll yolları” adlı məruzəsində korporativ abunəliyin əldə edilməsi yolları, üstünlükləri, üzvlük və ödəniş formaları, elektron resurslara korporativ abunəlik nümunələri haqqında söz açıb. BDU-nun korporativ abunəlik modeli ilə elektron resurslara əlçatanlıq fəaliyyəti təqdim olunub.
Elmi Kitabxananın Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri, EIFL.net üzrə milli əlaqələndirici, EBSCO-nun Azərbaycan üzrə təmsilçisi Cəmilə Yusifova isə “Beynəlxalq elmi platformalar və Az.KİK-in innovativ xidmətləri” adlı məruzə ilə çıxış edib. O, Az.KİK-in EIFL.net beynəlxalq kitabxana konsorsiumu ilə əlaqələri, fəaliyyət proqramları və istiqamətləri, konsorsium üzvlərinə təqdim olunan xidmətlər, “EBSCO”, “EBSCO EDS” (Electron Discovery Service) və “Kitabxanalar üçün süni intellekt” (EBSCO AI Insights) platformalarına əlçatanlığın təmin edilməsi məsələləri haqqında tədbir iştirakçılarına məlumat verib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva məruzəsində elmi jurnalların EBSCO məlumat bazasına daxil edilməsi və müəllif hüquqları məsələlərindən söz açıb.
Xəzər Universiteti Kitabxana İnformasiya Mərkəzinin direktor müavini Aytac Misgərli təmsil etdiyi qurumun beynəlxalq layihələri, xüsusilə 3 Avropa ölkəsinin və respublikanın 8 ali təhsil müəsisəsinin kitabxanalarını özündə birləşdirən tədqiqat potensialının inkişafında institusional repozitoriyaların yaradılmasına həsr olunan layihənin əməkdaşlıq təcrübəsindən bəhs edib.
Seminarda Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Aqrar Universiteti və digər region ali təhsil müəssisələrinin kitabxanaları da onlayn şəkildə iştirak ediblər.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.