AZ

“Qarabağ”ın legionerini Braziliyada görün kimlər qarşıladı - VİDEO

Azərbaycan kubokunun final qarşılaşmasından dərhal sonra “Qarabağ”ın futbolçuları Bakını tərk edib.

Mateus Silvanın yolçuluğu nisbətən uzun çəkib. Azərbaycandan Braziliyaya uçan müdafiəçi təxminən bir sutkadan sonra ünvana çatıb.

Braziliyada Silva ailəsini kim qarşılasa yaxşıdır?

“Qarabağ”ın və Azərbaycan millisinin keçmiş üzvü Riçard Almeyda, onun həyat yoldaşı və iki qızı.

Riçard ölkəmizdə yaşayanda, iki ailənin sıx dostluq münasibəti olub. Ağdamlıların keçmiş “20 nömrə”si buranı tərk edəndən sonra belə, münasibətlər korlanmayıb, əlaqələr itməyib.

Videoda gördüyünüz mənzədə Azərbaycan və “Qarabağ”la bağlı olan daha xoş bir hadisənin bariz nümunəsidir.

Yeri gəlmişkən, videonu çəkən Riçarddır. O, Mateusa “ay kişi” deyərək müraciət edir, görüntülərə isə “oğlum gəldi” başlığını seçib.

HƏBİB / SPORTINFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
11
sportinfo.az

1Mənbələr