“Vilyarreal” icarə əsasında “Vest Hem”də çıxış edən PSJ-nin yarımmüdafiəçisi Karlos Solerlə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, La Liqa klubu 28 yaşlı ispaniyalını ya icarəyə götürə, ya da tam müqavilə imzalaya bilər.
2024/25 mövsümündə Soler bütün yarışlarda “Vest Hem”in heyətində 33 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Transfermarkt futbolçunun transfer dəyərini 18 milyon avro qiymətləndirir. Onun PSJ ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.