AĞDAŞ, 12 iyun. TELEQRAF
Ağdaş rayonunda faciə ilə nəticələnən hadisə baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Rayon Mədəniyyət Evində aparılan təmir işləri zamanı usta hündürlükdən yıxılaraq həyatını itirib.
1966-cı il təvəllüdlü Əbdülrəhimov İmadəddin Malik oğlu işlədiyi zaman müvazinətini itirərək, yerə yıxılıb.
Aldığı ağır xəsarətlər səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.