AZ

Camal Hill sabah, Rafael Fiziyev ayın 14-də

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyevin iyunun 14-də axşam saatlarında Bakıya gələcəyi bildirilir.

İdman.biz xəbər verir ki, 33 yaşlı idmançı ilk dəfə ölkəmizdə keçiriləcək UFC turnirində iştirak edəcək.

Fiziyev "Baku Crystal Hall"da çilili İqnasio Bahamondeslə döyüşəcək.

"UFC Fight Night"ın əsas döyüşünün iştirakçılarından biri amerikalı Camal Hill isə sabah günorta saatlarında Azərbaycana təşrif buyuracaq. Onun rəqibi Xalil Rountree ötən həftədən Bakıdadır.

Qeyd edək ki, iyunun 21-də keçiriləcək UFC turnirində Fiziyevdən başqa digər azərbaycanlılar Nazim Sadıxov və Tofiq Musayev də döyüşə çıxacaqlar.

İdman.biz

Seçilən
25
2
idman.biz

3Mənbələr