Xəbər verdiyimiz kimi, Hindistanda sərnişin təyyarəsi havaya qalxdıqdan bir neçə saniyə sonra yaşayış sahəsinə çırpılıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, təyyarədə Qucarat ştatının sabiq baş naziri Vicay Rupani də olub.
Qeyd edək ki, qəza Əhmədabad şəhərindən Londona uçan təyyarənin havaya qalxmasından dərhal sonra baş verib. Təyyarədə 242 nəfər – 230 sərnişin və 12 ekipaj üzvü olub. Onlardan 169-u Hindistan, 53-ü Britaniya, 7-si Portuqaliya, 1-i isə Kanada vətəndaşıdır.
Hindistan mətbuatı yazır ki, Rupani sərnişin siyahısında 12-ci sırada olub və Business Class-da səyahət edirmiş. Onun vəziyyəti barədə hələ rəsmi açıqlama verilməyib.
Hadisə yerinə təcili yardım qrupları cəlb olunub. Araşdırma aparılır.
