YAP Nərimanov rayon təşkilatı və ARDNŞ-nin Kompleks Qazma İşləri Trestininbirgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində «15 iyun Milli Qurtuluş Gününə» həsr olunmuş tədbir keçirilib.
ARDNŞ-nin Kompleks Qazma İşləri Trestindəkeçirilən tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi anılıb.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, ardınca Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Azərbaycan xalqının və dövlətinin taleyində mühüm əhəmiyyətə malik olan Qurtuluş Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində və inkişafında olan rolundan geniş bəhs edib.
Tədbirdə ARDNŞ-nin Kompleks Qazma İşləri Trestinin rəisi Rəşad Əsgərov, YAP Nərimanov rayon təşkilatının ARDNŞ üzrə ƏPT sədri Ağaəli Hüseynov, “A. Nemətulla 105” ünvanı üzrə ƏPT sədrinin müavini Vahid Quliyev, Kompleks Qazma İşləri Trestinin şöbə rəisi Coşğun İbrahimli çıxış edərək qeyd ediblər ki, Azərbaycanın çağdaş tarixi Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə bilavasitə əlaqədardır. Natiqlər Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixindəki əhəmiyyətindən danışıblar və çıxışlarında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərini qeyd ediblər.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının ictimai-siyasi həyatında aktiv iştiraka görə bir qrup şəxslərə Fəxri Fərmanlar, partiyaya yeni üzv olmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.