2023-cü ilin yayında İtaliya millisinin baş məşqçi postunu öz istəyi ilə tərk edən və Səudiyyə Ərəbisanı yığmasının "sükanı arxası"na keçən Roberto Mançini ölkəsinin seçməsinə qayıtmağa hazır olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı millisindən 2024-cü ilin oktyabrında istefaya göndərilən mütəxəssisin sözlərini "Football Italia" belə çatdırıb:
"Futbolda belə şeylər olur. Bəzən doğru olmayan qərarlar qəbul edilir. Həmin vaxt İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina ilə durumu müəyyənləşdirmək üçün daha tez-tez ünsiyyət qursaydıq, bu, baş verməyəcəkdi. Bəli, getməmişdən öncə mənə əvvəlki qədər inanmadıqlarını hiss olunurdu, amma prezidentlə danışmalıyıdım. Açığı, belə edə bilərdim. Deməli, millidən getmək mənim günahımdır. İndi bəlkə də hələ yığmanı çalışdırırdım, bəlkə də növbəti Avropa çempionatının da qalibi olmuşduq. Ölkənin millisinə rəhbərlik etməkdən daha yaxşısı yoxdur. Klublarla da uğurlar qazanmışam, lakin İtaliya millisi ilə nailiyyət əldə etmək başqadır. Həm də insan xoşbəxt olduğu yerə qayıtmaq istəyir. Ab-hava həqiqətən fantastik idi.
Şübhəsiz, qayıtmaq böyük çağırış və risk olar. Amma hərdən risk etməyər dəyər, düz deyil? Həmişə dediyim kimi, hələ də dünya çempionatının qalibi olmaq istəyirəm.
Qravina ilə mümkün dönüşümü müzakirə etmək fikrindəyəmmi? Bunun problem olmadığını düşünürəm. Biz artıq görüşüb danışmışıq. Prezident bilir ki, həyatda səhvlər olur. Əsas odur ki, bir-birimizi anladıq".
Mançini "skuadra adzurra" ilə AÇ-2020-nin qalibi olub.
Luçano Spalletti ötən həftə İtaliya seçməsinin baş məşqçisi vəzifəsini tərk edib. Onun yerinə əsas namizəd Cennaro Qattuzodur.
Nihat