“Indo Defence” sərgisi çərçivəsində ASELSAN (Türkiyə) və “Excalibur Army” (Çexiya) şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN-ın baş direktoru Ahmet Akyol özünün “X” hesabında paylaşım edib.
Paylaşımda qeyd olunub ki, hər iki şirkət başda Avropa olmaqla, üçüncü bazarlara birgə həllər təqdim etmək məqsədilə əməkdaşlıq göstərəcək.
“ASELSAN üçün ən kritik bölgələrdən biri olan Avropada beynəlxalq əməkdaşlıqlarımıza güc qatacağıq”, – deyə A.Akyol bildirib.