BAKI, TurkicWorld
Rusiya və Ukrayna arasında üçüncü məhbus mübadiləsi uğurla tamamlanıb.
TurkicWorld xəbər verir ki, Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında həyata keçirilən məhbus mübadiləsinin üçüncü mərhələsi başa çatıb.
Hər iki tərəfin rəsmiləri bu gün mübadilənin uğurla həyata keçirildiyini təsdiqləyiblər.
Ukrayna Prezidenti Vladimir Zelenski sosial media üzərindən verdiyi açıqlamada, “Bu gün Silahlı Qüvvələrimizin, Milli Qvardiyanın və Sərhəd Mühafizəsinin qəhrəman döyüşçüləri ailələrinə qovuşdu,” – deyə bildirib.
Rusiya Müdafiə Nazirliyi də yazılı bəyanatla mübadilənin baş tutduğunu təsdiqləyib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fonunda Türkiyənin vasitəçiliyi ilə baş tutan məhbus mübadilələri humanitar diplomatiya baxımından əhəmiyyətli addım kimi dəyərləndirilir.