AZ

“Cop29-un qlobal missiyalarının yerlərdə təşviqi” layihəsi çərçivəsində görüş keçirib - FOTOLAR

“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Cop29-un qlobal missiyalarının yerlərdə təşviqi” layihəsi çərçivəsində növbəti tədbirinı Salyanda Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun adını daşıyan peşə liseyində keçirmişdir.

QHT.az xəbər verir ki, bu barədə İctimai birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov məlumat verib. Onun sözlərinə görə, dəyirmi masa formatında keçirilən tədbirdə peşə liseyinin rəhbərliyi və tələbələri, 3 saylı Regional Ekologiya  və Təbii Sərvətlər İdarəsinin məsul nümayəndəsi, Şirvan-Salyan Regional Gəncləri İdarəsinin Salyan rayonu üzrə sektor əməkdaşı,  rayonun qeyri - hökumət təşkilatlarının sədrləri, yerli media və sosial şəbəkə təmsilçiləri, şəhər sakinləri  iştirak etmişlər.

Tədbir iştirakçıları liseyin məzunu, Azərbaycanın Milli Qəhrəmanı Xanoğlan Məmmədovun, liseyin adını qürurla daşıdığı Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun və  igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış  oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilmişlər.

Liseyin direktoru Ruslan  Fətullayev  tədbiri giriş sözü ilə açaraq zamanımızın ən aktual məsələlərindən biri olan ekoloji problemlərin aktuallığı barədə, “Ana Kür”  Ekoloji Problemlərinin Öyrənilməsinə Kömək İctimai Birliyi  tərəfindən icra olunan “COP29-un qlobal missiyalarının yerlərdə təşviqi” layihəsinin əhəmiyyəti haqqında söz açmış layihə komandasına uğurlar arzu etmişdir.

 “Ana Kür” İctimai Birliyinin sədri, layihə rəhbəri Rüstəm Məlikov icra olunan layihənin ideya və məqsədləri, gözlənilən nəticələr və indiyə kimi görülmüş işlər barədə  məlumat vermişdir və COP29-un qlobal missiyalarının həyata keçirilməsi üçün hər birimizin vətəndaşlıq borcundan irəli gələn vəzifələrdən danışmışdır.

Sonra  Salyan Rayon Ziyalılar Birliyinin sədri, Əməkdar müəllim Allahverdi Piriyev, Rayon Ağsaqqallar Şurasının sədrı, veteran müəllim Məhəmməd Ağayev,3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Gülhüseyn Ağayev, rayon icra hakimiyyəti yanında ictimai şura üzvü Sevinc Bünyatova, rayonun “Qələbə” qəzetinin müxbiri Əzizağa Məmmədli çıxış edərək  çıxış edərək icra olunan layihənin  COP29-un qlobal missiyalarının həyata keçirilməsinə bir töhvə olacağını bildirdiblər..

Dəyirmi masa  çay süfrəsi arxasında diskussiya şəraitində davam etdirilmiş,   iştirakçılara ictimai birliyin  ekoloji maarifləndirici press-relizləri paylanmışdır.

 

Seçilən
2
3
qht.az

4Mənbələr