"Qalatasaray" Almaniya millisinin futbolçusu Leroy Sane ilə müqavilə bağladığını rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, 29 yaşlı vingerlə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Sane 2016-2020-ci illər aralığında "Mançester Siti"nin, 2020-2025-ci illərdə isə "Bayern Münhen"in uğurları üçün çalışıb. Geridə qalan mövsümdə Bundesliqada 30 matça çıxan cinah hücumçusu 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Çempionlar Liqasında 13 görüşdə forma şansı qazanan Leroy bu turnirdə 1 qol vurmağı da bacarıb.
Nihat