"Azərbaycan İordaniya Krallığı ilə ticari-iqtisadi əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İordaniya Xəbər Agentliyinə (Petra) müsahibəsində deyib.
Diplomat Kral Əlahəzrət II Abdullah ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında müstəsna qardaşlıq münasibətlərinə və davamlı qarşılıqlı fəaliyyətə toxunub. O, həmçinin vəliəhd Şahzadə II Əl Hüseyn bin Abdullanın ötən il Bakıya səfərinin və onun Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu Konfransı (COP29) çərçivəsində Prezident İlham Əliyevlə səmərəli görüşünün əhəmiyyətini vurğulayıb.
"Azərbaycan Prezidenti vəliəhd ilə görüşündən sonra İordaniya ilə müxtəlif sahələrdə, xüsusilə iqtisadi və ticarət sahələrində əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı hökumətə tapşırıqlar verib, Bakı və Ammanın beynəlxalq forumlarda birgə işlədiyini və Fələstin məsələsi də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə ortaq baxışa malik olduqlarını izah edib", - deyə Hikmət Hacıyev qeyd edib.
Ağarza Elçinoğlu