Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 20-də Ankaraya səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı diplomatik mənbəyə istinadən Ermənistanın “24News” portalı yayıb.
Paşinyanın səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi qeyd olunub.
Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan, eləcə də Ermənistan-Türkiyə münasibətlərini müzakirə edəcəklər.