AZ

Dünya Bankı COP29-dan sonra inkişaf etməkdə olan ölkələr üçün investisiya perspektivlərini açıqlayıb

Ötən il Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) beynəlxalq karbon bazarları üzrə əldə edilmiş razılaşma ölkələrin bu bazarlarda iştirakının genişlənməsinə kömək edə və aşağı gəlirli ölkələrə daha böyük investisiya axınlarını cəlb edə bilər.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının "2025-ci ilin karbon qiymətqoyma vəziyyəti və tendensiyaları" adlı yeni hesabatında bildirilib.

Sənəddə vurğulanıb ki, COP29-da Paris Sazişinin istixana qazı emissiyalarının azaldılması sahəsində beynəlxalq əməkdaşlığı tənzimləyən 6-cı Maddəsi üzrə qaydalar razılaşdırılıb. Xüsusilə, 6.2 (kooperativ yanaşmaları) və 6.4 (beynəlxalq karbon kreditləşdirmə mexanizmi) Maddələri üzrə əsas müddəalar təsdiqlənib. Bu isə beynəlxalq karbon bazarlarının daha şəffaf və proqnozlaşdırıla bilən fəaliyyəti üçün əsas yaradıb.

Məlumat yenilənir

Seçilən
14
2
report.az

3Mənbələr