AZ

bp “Qarabağ” və “Əşrəfi - Dan Ulduzu – Aypara” layihələri üzrə hasilat və növbəti addımları AÇIQLADI

Bakı. Trend:

bp “Qarabağ” yatağı “Əşrəfi - Dan Ulduzu – Aypara” (ADUA) sahəsiilə bağlı işlənmə konsepsiyası hazırlayacaq.

Bu barədə Trend-ə açıqlamasında “BP-Azerbaijan” şirkətininmətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.

O, bp-nin sözügedən layihələrə qoşulma prosesindən danışıb: “Biz“Qarabağ” yatağı və “Əşrəfi - Dan Ulduzu – Aypara” (ADUA) sahəsiilə bağlı mövcud müqavilələrə qoşulmuşuq. Yəni, bu müqavilələr varidi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeganə payçı idi.Bizdə müvafiq müqavilələrlə hər iki layihə üzrə 35% pay aldıq. Omüqavilələr əsasında hər iki layihənin operatorluğu bp-yəveriləcək. Necə ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”i biz idarəedirik, bu iki layihəni də idarə edəcəyik. Bizim üzərimizəməsuliyyət olaraq SOCAR-la birlikdə hər iki layihə üzrə bundansonrakı planları hazırlamaq düşür”.

T. Bayatılı vurğulayıb ki, bp ilk növbədə “Qarabağ” yatağı iləbağlı işlənmə konsepsiyası hazırlamağı planlaşdırır: “Bu konsepsiyaəsasında, quyunun qazılıb-qazılmayacağını, əldə olan məlumatəsasında yeni platformanın tikilib-tikilməyəcəyinimüəyyənləşdirəcəyik. O yatağa yaxın yerdə mövcud infrastrukturvarsa, texnologiyalar imkan verir ki, artıq onun işlənməsinəbaşlanılmasını sürətləndirək. Ona görə də ilk növbədə bizkonsepsiya hazırlamalıyıq ki, hansı şəkildə hasilatabaşlayacağımızı müəyyənləşdirək”.

bp sözçüsünün sözlərinə görə, yeni sualtı infrastrukturyaratmağa ehtiyac olmadan “Qarabağ” yatağından hasil olunacaq neftvə qaz müvafiq sualtı ixrac boru kəmərləri ilə Səngəçalaötürüləcək: “Düzdür, konsepsiya hazırlanması müəyyən vaxt aparacaq,amma hasilat tez olmalıdır. Çünki bu yataq “Azəri-Çıraq-Günəşli”yatağından 20-25 km məsafədə yerləşir. Bu o deməkdir ki, həminyerdə quyu qazıldıqda, o quyu sualtı boru kəmərləri vasitəsiləasanlıqla “Azəri-Çıraq-Günəşli”dən olan sualtı neft ixrac borukəmərlərinə birləşdiriləcək. Məlumdur ki, "Mərkəzi Azəri"dənSəngəçala birbaşa sualtı neft və qaz ixrac boru kəmərləri var.“Qarabağ” yatağında həm neft, həm də qaz kəşf olunduğundan onlarınhər biri qeyd etdiyim bu sualtı ixrac boru kəmərlərinəbirləşdiriləcək. Yəni, yeni sualtı infrastruktur yaratmağa ehtiyacolmadan “Qarabağ” yatağından hasil olunacaq neft və qaz müvafiqsualtı ixrac boru kəmərləri ilə Səngəçala ötürüləcək”.

““Qarabağ” yatağı və “Əşrəfi - Dan Ulduzu – Aypara” (ADUA)sahəsinin operatoru olaraq, ilk işimiz işlənmə konsepsiyasınıhazırlamaq və SOCAR-la razılaşdırmaqdır. Bundan sonra konsepsiyaəsasında bp müvafiq tikinti işlərinə start verəcək və hasilatabaşlanılacaq.

Qiymətləndirmələrdən sonra hər iki layihənin dəyəri vəpotensialı ilə bağlı detalları ictimaiyyətə açıqlayacağıq”, - deyəT. Bayatılı fikirlərini yekunlaşıdırıb.

Seçilən
3
1
az.trend.az

2Mənbələr