"Rabitəbank" 2024-cü ildə mikrokreditlər portfelində nəzərəçarpacaq dərəcədə böyüməyə nail olub.
FED.az bankın illik hesabatına istinadən xəbər verir ki, 31 dekabr 2024-cü il tarixinə bankın fiziki şəxslərə verdiyi mikrokreditlərin həcmi 125 milyon 470 min manat təşkil edib.
Bu rəqəm, bankın cəmi kreditlərinin 15%-ni təşkil edib.
2023-cü ilin sonunda mikrokreditlərin həcmi 93 milyon 236 min manat olub. Bu, 2024-cü ildə 32 milyon 234 min manat artım (təxminən 34.6% çox) demək olub.
Mikrokreditlərin ümumi portfeldəki payı da 2023-cü ildəki 13%-dən 2024-cü ildə 15%-ə yüksəlib.