"Liverpul" daha bir transferdə "Bavariya"nı məğlub edə bilər.
Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi təkcə Florian Virtslə kifayətlənmək istəmir. Onlar Rafael Leao ilə də maraqlanır.
"Qırmızılar" Federiko Kyezanın ayrılıq ehtimalına görə hücum xəttini gücləndirməyi düşünür. Portuqaliyalı futbolçu da əsas namizədlərdən biridir.
Bu barədə insayder Di Marzio məlumat yayıb.
Qeyd edək ki, Leaonu "Bavariya" da heyətinə qatmaq istəyirdi. Lakin Virts məsələsində olduğu kimi 25 yaşlı futbolçu da "Liverpul"a keçməyə daha yaxındır.