BAKI, 12 iyun. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə rəsmi səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə “24News” yüksək səviyyəli diplomatik mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, Paşinyanın Ankaraya səfəri iyunun 20-ə planlaşdırılıb. Səfər çərçivəsində onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulur.
Görüş zamanı Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin müzakirə olunacağı bildirilir. Həmçinin, gündəlikdə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair məsələlərin və digər regional mövzuların da yer alacağı qeyd olunur.