AZ

Onun gedişi bölgə klubunun azarkeşlərini ayağa qaldırdı - "Niyə?"

Yeni mövsümün heyət planlamasına start verən “Turan Tovuz” müqavilə müddətləri başa çatan 9 futbolçu ilə eyni anda yolları ayırdı.

Söhbət İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevdən gedir

Tovuzlu azarkeşlər kütləvi ayrılığa biganə qalmayıb.

Xüsusilə siyahıda Alexandro Serranonun adının olması fanatları üzüb.

30 yaşlı legioner bölgə klubunun "döyünən ürəyi" hesab olunurdu.

Bu mövsüm 35 görüşdə meydana çıxan ispaniyalı 4 qol, 7 məhsuldar ötürmə ilə yadda qalmağı bacarmışdı.

Serranonun xidmətlərini unutmayan yerli publika onun gedişinə etiraz ediblər.

Təsadüfi deyil ki, klubun rəsmi sosial şəbəkə hesablarına gələn şərhlərin böyük əksəriyyəti məhz ispaniyalı ilə bağlı olub:

"Serrano niyə?"

"Serrano və Kristian ən yaxşı oyunçular idi".

"Serrano və Kristiana pis oldum. Qalanı bizə lazım deyil".

"Serrano qalsın".

"Serranonu razı sala bilsələr, çox əl futbolçudur".

"Serrano qalmalı idi. Bu il avrokuboklara getmək lap çətin olacaq".

"Serranoya üzüldüm".

"Serrano getməməli idi".

"Hamısını başa düşdük, bəs Serrano niyə?".

"Bircə Serranoya üzüldüm".

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
14
sportinfo.az

1Mənbələr