AZ

Bioloq palma yağının bəzi faydalarından danışıb

Qırmızı palma yağı tərkibində A və E vitaminləri olduğu üçün orqanizmə faydalıdır.

Qaziler.az-ın məlumatına görə, bunu bioloq İrina Lyalina “NEWS.ru”ya bildirib.

Onun sözlərinə görə, sözügedən palma yağı qızardıldığında oksidləşmir və uzun müddət saxlanıla bilər.

Palma yağının faydaları, bir çox bitki yağlarında olduğu kimi, onda da vitaminlərin olmasıdır. Qırmızı, yəni təmizlənməmiş palma yağı beta-karotin şəklində A vitamini və E vitamini - tokotrienollarla zəngindir. Antioksidantlar hüceyrələri zədələnmədən qorumağa kömək edir. Bundan əlavə, bu yağ qızardıldığında sabitdir - yüksək temperaturda oksidləşməyə davamlıdır və bəzi digər yağlar kimi tez kanserogenlər əmələ gətirmir. Həmçinin uzun müddət saxlanıla bilər”, - Lyalina deyib.

O, palma yağının bədəni sürətlə enerji ilə təmin edən doymuş yağlarla zəngin olduğunu qeyd edib. Bununla belə, bioloq qeyd edib ki, bu yağdan həddən artıq istifadə edilməməlidir, çünki "pis" xolesterinin səviyyəsinin, ürək-damar xəstəlikləri riskinin artmasına səbəb ola bilər.

QAZİLER.AZ

Seçilən
28
qaziler.az

1Mənbələr