AZ

Skuterlə yola çıxan azyaşlı maşının altında qalmaqdan son anda xilas oldu VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Xırdalan şəhərində azyaşlı uşağın elektrikli skuterlə hərəkəti zamanı təhlükəli anlar yaşanıb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Avtosfer.az-ın məlumatına görə, azyaşlı uşaq elektrikli skuterlə yolun kənarı ilə hərəkət edərkən qəfildən sola – avtomobillərin intensiv hərəkət etdiyi zolağa çıxıb. Bu zaman həmin anı qeyə alan avtomobilin qarşısına keçərək qəza riski yaradıb.

Sürücü vəziyyətə operativ reaksiya verərək avtomobilin sürətini azaldıb və səs siqnalı vasitəsilə azyaşlını xəbərdar edib. Bundan sonra uşaq dərhal sağ zolağa keçərək yoluna davam edib. Hadisə nəticəsində xəsarət olmasa da, görüntülər təhlükənin nə qədər real və ciddi olduğunu bir daha nümayiş etdirir.

Bu cür halların qarşısını almaq məqsədilə himayəsində azyaşlı olan valideynlərə bir daha müraciət edərək bildiririk ki, elektrikli skuter, velosiped və digər fərdi hərəkət vasitələrindən istifadə edən azyaşlıların yola çıxmasına ciddi şəkildə nəzarət edin. Onlara bu vasitələrdən istifadə zamanı yol hərəkəti qaydalarına riayət etməyin vacibliyini izah edin və mümkün olan təhlükələr barədə maarifləndirici söhbətlər aparın.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Unutmayın ki, azyaşlıların yolda təhlükəli vəziyyət yaratması yalnız onların deyil, eyni zamanda digər yol hərəkəti iştirakçılarının da həyatını təhlükə altına ata bilər. Valideyn məsuliyyəti, diqqəti və maarifləndirici yanaşma bu cür bədbəxt hadisələrin qarşısını almaqda əsas rol oynayır.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
avtosfer.az

1Mənbələr