AZ

Türkmənistan prezidentinin Azərbaycana səfəri: “İki ölkə arasında münasibətlər mülayimləşməkdə davam edir”

“Bildiyiniz kimi Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlməsi nəzərdə tutulur”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, 90-cı illərin sonlarından etibarən soyuqlaşan ikitərəfli münasibətlər tədricən mülayimləşməkdədir:

“Elə türkmən liderinin Bakıya planlaşdırılmış səfəri bu mülayimləşmənin əyani sübutu kimi dəyərləndirilir. Bakıya gələn Türkmənistan prezidentinin ilk əvvəl dövlət başçısı İlham Əliyevlə təkbətək görüş keçirilməsi nəzərdə tutulub. Daha sonra danışıqlar geniş tərkibli nümayəndə heyətləri formatında davam etdiriləcək. Danışıqlarda iki dövlət arasında əlaqələrin bütün inkişaf perspektivləri müzakirə ediləcəyi şübhəsizdir. Qurbanqulu Berdiməhəmmədovun səfəri iki ölkənin maliyyə, xarici işlər və nəqliyyat nazirlikləri, habelə ticarət-sənaye palataları arasında əməkdaşlıqların genişləndirilməsi baxımdan əhəmiyyətli olacaq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
31
editor.az

1Mənbələr