AZ

Paşinyan Ərdoğanla görüşmək üçün Ankaraya gedəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı 24News saytı yüksək rütbəli diplomatik mənbəyə istinadən yayıb.

Məlumata görə, Paşinyanın Türkiyəyə səfəri 20 iyun tarixinə planlaşdırılıb.

Sayt bildirir ki, Paşinyan və Ərdoğan görüş zamanı Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcəklər. Görüş gündəminə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı məsələlər də daxil edilib.

Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan ilə əlaqə yaratmağa çalışan sayt ondan şərh ala bilməyib, zənglər cavabsız qalıb.

Xatırladaq ki, 5 iyun tarixində Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olmuşdu. Tərəflər həmin söhbətdə Ermənistan-Türkiyə münasibətlərini və regional məsələləri müzakirə etmişdilər.

Bizim.Media

Seçilən
13
13
bizim.media

10Mənbələr