AZ

Polis əməliyyatı: 100 dəstə üzvü öldürüldü

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Haitidə polis pilotsuz uçuş aparatı (PUA) ilə keçirdiyi əməliyyatda 48 saat ərzində 100-dən çox dəstə üzvünü zərərsizləşdirib.

"Cebheinfo.az" xəbər verir ki, paytaxt Port-o-Prinsin müxtəlif yerlərində dəstələrin nəzarətində olan ərazilərə pilotsuz təyyarələrlə hücumlar həyata keçirilib.

Əməliyyatlarda azı 100 dəstə üzvünün öldürüldüyü, çoxlu sayda insanın yaralandığı bildirilib.Səlahiyyətlilər tərəfindən heç bir rəsmi açıqlama verilməsə də, Milli İnsan Hüquqlarını Müdafiə Şəbəkəsi (RNDDH) əməliyyatı təsdiqləyib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Polisin bir çox yerdə əməliyyatlarını davam etdirdiyi bildirilir.Birləşmiş Millətlər Təşkilatının Haiti üzrə İnteqrasiya Ofisinin (BINUH) məlumatına görə, təkcə bu ilin ilk üç ayında silahlı dəstələr, özünümüdafiə qrupları, qeyri-mütəşəkkil insanlar və təhlükəsizlik qüvvələrinin iştirakı ilə baş verən zorakılıqlarda 1617 nəfər həyatını itirib, 580 nəfər isə yaralanıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr