AZ

"Bu, reallığa çevrilmiş arzudur" - Trent Aleksander-Arnold

"Liverpul"dan ayrılaraq azad agent statusu ilə "Real Madrid"ə qoşulan cinah müdafiəçisi Trent Aleksander-Arnold açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, İngiltərə millisinin üzvü bu gün baş tutan təqdimat mərasimində belə danışıb:

"Bu, reallığa çevrilmiş arzudur. Burada olmağımla fəxr edirəm. Çox qüruruluyam. Necə oynadığımı "Real" azarkeşlərinə göstərmək istəyirəm. Hansı klubla müqavilə bağladığımın fərqindəyəm. Burada tələblər çox yüksəkdir. "Real" və azarkeşləri üçün bütün gücümü meydanda qoymağa hazıram. Çox sayda titul qazanmaq, qalib olmaq, dünyanın ən yaxşı futbolçuları ilə eyni komandada oynamaq istəyirəm. İrəli, Madrid".

26 yaşlı Aleksander-Arnold İspaniya nəhəngində 12 nömrəli formanı geyinəcək.

Nihat

Seçilən
37
1
fanat.az

2Mənbələr