"Ferrari" komandasının Monakodan olan sürücüsü Şarl Lekler İtaliya komandasını tərk etməyi düşünür.
“İki sahil” "Corriere Della Sera"ya istinadla xəbər verir ki, sürücü ilə komanda arasında müqavilənin 2029-cu ilə qədər qüvvədə olmasına baxmayaraq, Leklerin müqaviləni 2026-cı ildə ləğv etmək imkanı var.
O, Formula 1-də yeni qaydaların tətbiqindən sonra komandanın yüksək mövqelər uğrunda mübarizə apara bilməyəcəyini güman edərək "Ferrari"ni tərk etmək barədə ciddi düşünür.
Xatırladaq ki, Lekler 2019-cu ildən elit yarışlarda "Ferrari" üçün yarışır. Onun komanda yoldaşı titullu britaniyalı Luis Hamiltondur.