Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edildiMetbuat.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı” elan edilib. Bu qərar 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İƏT-ə üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında qəbul olunub. Sərəncamda bildirilir ki, Şuşanın belə önəmli statusa layiq görülməsi Azərbaycanın tarixi-mədəni və ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olaraq şəhərə xüsusi ehtiramın ifadəsidir. Eyni zamanda, bu addım üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın genişlənməsinə mühüm təkan verəcək.Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamda Nazirlər Kabinetinə 2026-cı il üçün Şuşanın turizm paytaxtı statusu ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək və digər aidiyyəti məsələləri həll etmək tapşırılıb.Bu qərar regionda turizmin inkişafına, Şuşanın beynəlxalq səviyyədə tanıdılmasına və iqtisadi əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək.