Amerikanın "Boeing" aerokosmik korporasiyasının səhmləri Hindistanda "Air India" şirkətinə məxsus "Boeing 787" təyyarəsinin qəzaya uğramasından sonra ilkin ticarətdə 8% ucuzlaşıb.
Publika.az xəbər verir ki, bu barədə ticarət məlumatlarında qeyd olunub.
Məlumata görə, şirkətin səhmləri Nyu-Yorkda keçirilən hərraclarda 8,06% azalaraq 196,8 dollar təşkil edib.
Qeyd edək ki, bu gün, cümə axşamı Hindistanın ABP xəbər portalı ölkənin Qucarat əyalətində Əhmədabad şəhərinin hava limanı yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğradığını bildirib. Qəzaya uğrayan "Boeing 787"ni idarə edən "Air India" aviaşirkəti qəzanın təfərrüatlarını araşdırır və tezliklə yeni məlumatlar açıqlayacaq.
Xatırladaq ki, "Boeing" Korporasiyası geniş çeşiddə mülki və hərbi təyyarələr istehsal edir və kosmik proqramlar hazırlayır.