AZ

Klubların dünya çempionatı - iyunun 14-dən bütün diqqətlər ABŞ-də keçiriləcək mundiala yönələcək - VİDEO

İyunun 14-də klubların dünya çempionatı start götürəcək.

İdman.biz xəbər verir ki, ABŞ-də keçiriləcək futbol mundialında 32 komanda qələbə uğrunda yarışacaq.

İlkin mərhələdə mübarizə hərəsində dörd iştirakçı olmaqla 8 qrupda gedəcək. İlk iki yeri tutanlar yarışı 1/8 finalda uduzan çıxır prinsipi ilə davam etdirəcəklər.

Qalib iyulun 13-də keçiriləcək final oyununda bəlli olacaq.

Mundialın favoritləri kimi UEFA Çempionlar Liqasının qalibi "Pari Sen-Jermen", həmçinin "Mançester Siti" və "Bavariya"nın adları çəkilir.

Qeyd edək ki, çempionatın startı rəsmən iyunun 14-ə təyin olunsa da, saat fərqinə görə "Əl-Əhli" (Mİsir) - "inter Mayami" (ABŞ) komandaları arasında ilk oyun Bakı vaxtı ilə iyunun 15-də 04:00-da başlayacaq.

İdman.biz

Seçilən
13
1
idman.biz

2Mənbələr