Beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği artırılıb.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, təqaüdün məbləği “105 (yüz beş)” manatdan “140 (yüz qırx)” manata qaldırılıb.