AZ

Bu il baş verən təyyarə qəzaları SİYAHI

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Dünyada bu il baş verən təyyarə qəzalarının siyahısı açıqlanıb.

Avtosfer.az bu barədə "İndianexpress"ə istinadən xəbər verir.

26 fevral: Omdurman şəhərində Sudan hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində qadın və uşaqlar da daxil olmaqla ən azı 46 nəfər ölüb. Məlumata görə, hadisəyə səbəb texniki nasazlıq olub, təyyarə yerli aviabazadan havaya qalxdıqdan qısa müddət sonra yaşayış məntəqəsinin üzərinə düşüb. Qəzanın qurbanları arasında ekipaj üzvləri və hərbçilər, həmçinin təyyarənin qəzaya uğradığı yaşayış binasında olan mülki şəxslər də olub.

27 aprel: ABŞ-nin Tennessi ştatında tək mühərrikli “Mooney M20TN” təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub. Havaya qalxan təyyarə hava limanına yaxınlaşarkən qəzaya uğrayıb. Təyyarədə üç nəfər olub, heç kim sağ qalmayıb. Ölənlərin kimliyi açıqlanmayıb.

5 may: ABŞ-ın Kaliforniya ştatında Kiçik bir təyyarə Simi Vadisində yaşayış binasına çırpılıb, göyərtəsində olan iki nəfər və bir it ölüb, iki evə ziyan dəyib. Məlumata görə, təyyarə binaya çırpılan zaman sakinlər binanın içərisində olublar, lakin onların hamısı təhlükəsiz şəkildə təxliyə olunublar.

7 may: Hindistanın Pəncab ştatında Bathinda Hərbi Hava Qüvvələri bazası yaxınlığında naməlum təyyarənin qəzaya uğraması nəticəsində 1 mülki şəxs ölüb, 9 nəfər yanıq xəsarəti alıb.

8 May: Hindistanın Qanqotri məbədinə gedən helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Helikopter magistral yolun üzərində qəzaya uğrayıb və təxminən 200-250 metr dərinlikdəki dərəyə düşüb.

17 may: Finlandiyada iki mülki helikopterin havada toqquşması nəticəsində beş nəfər ölüb. Səlahiyyətlilər helikopterlərin qalıqlarını meşəlik ərazidə tapıblar. Polis bir helikopterdə iki, digərində isə üç nəfərin olduğunu bildirib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

22 may: Kaliforniyanın San Dieqo şəhərində təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb. Hadisə nəticəsində 15 evə ziyan dəyib.

29 may: Cənubi Koreya donanmasının patrul təyyarəsinin təlim uçuşu zamanı qəzaya uğraması nəticəsində bütün heyət həlak olub. Məlumata görə, təyyarənin göyərtəsində olan dörd ekipaj üzvü hadisə yerində ölüb. Qəzanın səbəbi qeyri-müəyyən olaraq qalır.

1 iyun: Almaniyanın qərbində kiçik sərnişin təyyarəsinin hava limanına yaxınlaşarkən yaşayış binasının terrasına çırpılması nəticəsində ən azı iki nəfər ölüb.

9 iyun: San Dieqo yaxınlığında 6 nəfərin olduğu kiçik təyyarə sahildən təxminən səkkiz kilometr aralıda okeana düşüb. ABŞ rəsmiləri təyyarənin ikimühərrikli “Cessna 414” olduğunu və havaya qalxdıqdan qısa müddət sonra yerə düşdüyünü açıqlayıblar.

9 iyun: ABŞ-nin Tennessi ştatında göyərtəsində 20 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu qəzada ölən olmayıb. Bir neçə nəfər isə hava yolu ilə təxliyə olunaraq tibb müəssisələrinə aparılıb.

12 iyun: Taylandda polis təyyarəsi dənizə düşüb, göyərtəsində olan altı zabitin hamısı həlak olub.

12 iyun: Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı yaşayış məntəqəsində sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.(iqtisadiyyat.az)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
avtosfer.az

1Mənbələr