Türkiyə-Azərbaycan münasibətlərinin ruhu dəyişməzdir, hər zaman eynidir, bu ruh qardaşlıq üzərində qurulub. Müttəfiqlik bəyannaməsi iki dövlət arasında münasibətlərin dərinləşdirilməsinin bütün sahələr üzrə əsas yol xəritəsidir. Bu gün dünya siyasətində lider qıtlığı yaşanır. Sözü ilə əməli eyni olan, dünya siyasətində konstruktivizmə önəm verən, milli maraqlar üzərindən siyasət yürütməyə qadir siyasətçi olduqca azdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev, eyni zamanda, Türkiyə Respublikasının Prezidenti sayın Rəcəb Tayyib Ərdoğan xalqının milli maraqlarını müdafiə edərək, onun mənafelərinin təmin olunması istiqamətində müstəqil xarici siyasət yürüdən iki dahi liderdir. Buna görədir ki, Türkiyə və Azərbaycanın mövqeyi nəzərə alınmadan bölgədə hər hansı meqa layihənon reallaşması mümkün belə deyil. Azərbaycanla Türkiyənin dünyada gedən proseslər haqqında mövqeləri üst-üstə düşür, bundan sonra da bu dəst-xətt davam etdiriləcək. Əsas amil odur ki, münasibətlər sadəcə dövlətlər, dövlət qurumları arasında yüksək səviyyədə deyil, cəmiyyətlər də bir-birinə səmimi tellərlə bağlıdır. Müttəfiqlik Bəyannaməsi heç bir üçüncü tərəfin əleyhinə yönəlməyib, bununla belə Şuşa Bəyannaməsi möhkəm qala divarları kimi iki dövlətin sinəsi önündə qalxandır. "
İBRAHİM MƏMMƏDLİ
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31