AZ

Astarada 23 kq narkotik vasitə tapılıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsininəməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi vəsatışına qarşı mübarizə davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Astara rayonundakeçirilən növbəti əməliyyat zamanı 1979-cu il təvəllüdlü MənsurAğayev tutulub.

Ondan 23 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmişmarixuana aşkarlanıb.

M.Ağayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqlaaraşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisindəngötürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldəetmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkantədbiri seçilib.

Seçilən
18
az.trend.az

1Mənbələr