Formula 1-də mübarizə bu həftəsonu Kanadada davam edəcək.

Offsideplus.az xəbər verir ki, hazırda çempionatda 2-ci olan "Maklaren" pilotu Lando Norris çempion ola biləcəyinə inanır:

"İnanıram ki, hər kəsdən daha sürətli və daha yaxşı ola bilərəm.

Hər vəziyyətdə ən yaxşı olmaq asan deyil, amma bu inamım olmasaydı, burada olmazdım. Hiss edirəm ki, dünyanın ən yaxşısı ola bilərəm, ona görə də buradayam və çempionluq üçün mübarizə aparıram".

Qeyd edək ki, çempionata hazırda Norrisin komanda yoldaşı Oskar Piastri başçılıq edir. Onun aktivində 186 xal var. İngilis pilot onun 10 xal gerisində 2-ci yerdədir.