BAKI, 12 iyun. TELEQRAF
"İmtahan 120 dəqiqə davam edir, 60 sualdan ibarətdir. İmtahanın gedişi və qaydaları ilə bağlı təlimat təqdim olunur".
Teleqraf xəbər verir ki, bunu Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev deyib.
O qeyd edib ki, 50 sual ixtisasa, 10 sual metodikaya aiddir.
"Səhv cavablar doğru cavabların balına təsir etmir. Təlimatın diqqətlə oxunması tövsiyə olunur. Bu vaxt 120 dəqiqəlik əsas imtahan müddətinə daxil deyil. Test mərhələsində minimum keçid balı 30-dur. Bu mərhələni uğurla keçənlər daha sonra müsahibəyə dəvət olunur.Sertifikasiya prosesində iştirak icbaridir məsələdir", - o vurğulayıb.