BAKI, 12 iyun. TELEQRAF
Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Hindistana Hindistana təyyarə qəzası ilə bağlı başsağlığı verib.
Teleqraf xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
"Əhmədabadda “Air India” təyyarəsinin qəzaya uğramasına görə dərin kədərləndik. Bu faciəli hadisədə itirilən dəyərli həyatlara görə başsağlığı veririk. Bu ağır günlərdə mərhumların ailələrinə həmrəylik və dərin hüznümüzü çatdırırıq",- paylaşımda deyilir.