AZ

Təhsil İnstitutu sertifikasiya üzrə sınaq imtahanları haqdakı miflərə aydınlıq gətirdi

BAKI, 12 iyun. TELEQRAF

Sınaq imtahanının nəticələri sertifikasiya imtahanında sualların çətinliyinə təsir etmir.

Teleqraf xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

O qeyd edib ki, Elm və Təhsil Nazirliyinin bu sınaqlarda məqsədi çətinlik dərəcəsini müəyyən etmək olsaydı, sınaq imtahanları başqa formatda keçirilərdi.

"Amma ilk gündən nazirliyin tapşırığı o olub ki, bu sınaqların məqsədi müəllimlərə dəstək olmaqdır. Onlar sınaq imtahanında iştirak etməklə imtahanla tanış olur, həyəcanı yenirlər. Elektron qaydada və onlayn şəkildə keçirilən bu imtahanların məqsədi sırf müəllimlərə dəstək, onlar üçün imtahan şəraiti yaratmaqdır. sınaq imtahanının nəticələri sertifikasiya imtahanında sualların çətinlik dərəcəsinə təsir etmir".

Seçilən
50
5
teleqraf.com

7Mənbələr