AZ

“Bilikli müəllimlərimiz çatışmır” - Nə etməli?

“Bilikli müəllimlərimiz çatışmır”. Bu sözləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.

Bəs, doğrudanmı bilikli müəllimlər ölkəmizdə kifayət qədər deyil? 

Məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, Məleykə xanım bu fikri daha çox fənn kurikulumunu və müasir tədris metodikasını yaxşı mənimsəməyən müəllimlərə aid edib:


"Məsələn, ölkədə təxminən 160 min müəllim fəaliyyət göstərirsə, onlardan azı 35-40%-nin mütləq mövcud tədris proqramına uyğun təkmilləşdirilməsinə ehtiyac var. Digər müəllimlər isə ixtisaslarına uyğun sertifikasiya və ya işə qəbul imtahanlarından keçirlər. Bu şəxslər əsasən ixtisasları və metodika ilə bağlı zəruri bilik və bacarıqlara malikdirlər". 

Elçin Əfəndinin sözlərinə görə, etik çərçivədən kənara çıxan və ya peşəkar bacarıqları zəif olan müəllimlərlə bağlı müəyyən addımlar atılmalıdır:

“Belə müəllimlərin ümumi metodika və ixtisas biliklərini artırmaq üçün xüsusi təlimlər təşkil olunmalıdır ki, onlar inkişaf etsinlər. Bunun üçün Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi arasında razılaşma əldə edilməlidir. Yalnız bu halda neqativ halların qarşısını almaq mümkündür”.

Günel Məlikzadə


Seçilən
54
news24.az

1Mənbələr