BAKI, TurkicWorld
Türk Dünyası adını getdikcə daha çox tanıdacaq bir dünyadır.
TurkicWorld xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada keçirilən TÜRKPA-nın 14-cü Baş Assambleyasında çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Türk Dünyasının yeni imkanlar dövrünə qədəm qoyduğunu bildirib.
Kurtulmuş, Qazaxıstan parlamentinin spikeri Yerlan Koşanov başda olmaqla, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Qırğızıstan parlamentinin rəhbəri Nurlanbek Turgunbek Uulu və TÜRKPA-nın baş katibi Mehmet Süreyyya Ər ilə birgə çıxış edib.
Kurtulmuş Toplantının təsadüfi seçilmiş bir mövzu ilə deyil, Türk Dünyasının yüksəlişini əks etdirmək məqsədilə keçirildiyini bildirib.
“Dünya düzənində baş verən dəyişikliklər Türk Dünyasının qarşısında yeni imkanlar açır. Orta Asiyadan Avropaya qədər uzanan 300 milyonluq bir coğrafiya artıq toparlanır. Strateji mövqeyi, təbii resursları və təhsilli gənc əhalisi ilə bu bölgə yaxın gələcəkdə daha çox diqqət çəkəcək”- deyə o bildirib.
O, həmçinin vurğulayıb ki, son 30 ildə türkdilli dövlətlər milli kimliklərini mədəni dəyərlər üzərində quraraq sürətli inkişaf yoluna qədəm qoyublar.
Kurtulmuş, TÜRKPA-nın Türk Dünyası arasında əməkdaşlıq və həmrəyliyi göstərən əsas platformalardan biri olduğunu deyərək, parlament diplomatiyasının gələcəkdə daha güclü və məhsuldar olacağına ümid etdiyini qeyd edib.
Sonda Kurtulmuş Türk Dünyasının müasir problemlər qarşısında ədalət, insanlıq və sülhün səsi olaraq irəliləməyə davam edəcəyini bildirib.