AZ

Çimərliklərə HAZIRLIQ NECƏ GEDİR? Yeniliklər...

Ölkəmizdə çimərlik mövsümünün başlamasına bir həftədən az vaxt qalıb. Bakı və ətraf bölgələrdəki dənizkənarı istirahət mərkəzləri hazırlıqları yekunlaşdırmaq üzrədir. Çimərlik mövsümünə hazırlıq necə gedir? Mövzuyla bağlı  Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili REFERANS-ın suallarını cavablandırıb.


Aqşin Əlili qeyd edib ki, hər il olduğu kimi bu ildə FHN tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür. Beləki, cari ilin may ayından etibarən "Kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmət"inin əməkdaşları yerli icra nümayəndələrinin iştirakı ilə sahil boyu ərazilərdə monitorinq keçiriblər. Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız qeyri çimərlik ərazilərin müəyyən edilməsi və çimərlik operatorlarına (çimərlik sahibkarlarına) təhlükəsizlik qaydaları barədə bildirişlərin təqdim edilməsi olmuşdur. Bunu da qeyd etmək olar ki, bütün özəl çimərliklər öz ərazilərində təhlükəsizlik tədbirlərini özləri həyata keçirməlidir, necə ki, orada digər xidmətləri özləri edirlər sularda insanların təhlükəsizlik məsələlərinidə məhz özəl çimərlik operatorları özləri təmin etməlidirlər.




Daha sonra həmsöhbətimiz vurğulayıb ki, monitorinqlərin nəticəsi olaraq aidiyyatı yerli icra hakimiyyətlərində yerli qurumların nümayəndələrinin iştirakı ilə geniş tərkibdə müşavirələr keçirilib və müşavirədə monitorinq zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların həlli istiqamətində rayon icra hakimiyyəti rəhbərliyi tərəfindən aidiyyatı olaraq tapşırıqlar, göstərişlər verilmişdir. Hal-hazırda "Kiçik həcimli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidməti"nin nəzarət etdiyi çimərliklərdə və "İdea İctimai Birliyi"nin təşəbbüs ilə yaradılmış ictimai çimərliklərdə sualtı təmizləmə işləri aparılır. Bilirsiniz ki, son dövrlərdə Xəzər dənizinin tərəddüdü nəticəsində suyun səviyyəsi müəyyən qədər aşağı enmişdir və bu məqsədlə ola bilsin ki, bəzi çimərlik ərazilərində yeni təhlükələr yaransın. Misal üçün sualtı çuxurlar, yarğanlar, daş qaya parçaları və.s.


Qurum rəsmisi onu da diqqətə çatdırıb ki, bu təhlükələri qabaqcadan aşkar etmək üçün dağdıcılar vasitəsilə sualtı müayinə aparılır və ehtiyac olduğu təqdirdədə həmin hisslərə xüsusi nişanlar yerləşdirilir. Növbəti mərhələdə üzmə sərhəddini müəyyən edən nişanların və çimərlik ərazisində istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr quraşdırılacaqdır və xidmətin balansında olan xilasetmə vasitələr o cümlədən dalğıc əməliyyatlarını icra etmək üçün nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətiriləcəkdir və xidmət tam olaraq 15 iyun tarixindən etibarən gücləndirilmiş rejimdə fəaliyyət göstərəcəkdir.


Aqşin Əlili vətəndaşlara müraciət də edib.  Qurum sözçüsü müraciətində bildirib ki, çimərlik seçimində diqqətli olsunlar, əgər hər hansı bir çimərlikdə xilasedicilər yoxdursa, xilasetmə üçün texniki vasitələr mövcud deyilsə, üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılmayıbsa bu həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini və bu kimi yerlərdən istifadənin təhlükəli olduğunu bildirir. O cümlədən xüsusən bölgələrdə uşaq və yeniyetmələrin valideyn nəzarətindən yayınaraq məqsədi çimərlik olmayan suvarma kanallarından, çaylardan, süni göllərdən, su arxlarından istifadəsi hallarına rast gəlinir ki, buda həmin hövzələrdən istifadə edənlərin həyat və sağlamlığına ciddi təhkükədir.


"Qeyd edirik ki, bu tip su hövzələri mürəkkəb relyefə, sürətli axıntıya, məhdud görüntüyə və digər təhlükəli xüsusiyyətlərə malikdir. Buna görə də valideynlər diqqətli olsunlar uşaq və yeniyetmələri nəzarətsiz buraxmasınlar. Çimərliklərdə xoş zaman keçirmək üçün hava şəraiti və günün saatlarıda olduqca önəmlidir. Bildiririk ki, qanunvericiliyin tələbinə uyğun olaraq küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda suya girmək qadağandır və çimərlikdə gecələmək təhlükədir. Unutmayaq ki, qaydalara biganəlik həyatımıza təhkükədir. Təhlükə zamanı 112 telefon xəttinə zəng etmək olar",- deyə nazirlik rəsmisi əlavə edib.


Ləman Xalıqova

Referans  

Seçilən
21
referans.az

1Mənbələr