"Qalatasaray" basketbol komandası iki oyunçusu ilə yollarını ayıracaq.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" Göksenin Köksal və Buğrahan Tuncerin müqaviləsini uzatmayıb.

Bu barədə "Basketfaul" portalı məlumat yayıb.

Buğrahan iki mövsümdür "Qalatasaray"da çıxış edirdi.

Göksenin isə İstanbul klubu kapitanı idi. O, 2010-cu ildən bəri burada çıxış edirdi.