Özbəkistanda taksi fəaliyyətinə yeni məhdudiyyət tətbiq ediləcək.
Avtosfer.az xəbər verir ki, yeni qanuna əsasən taksi sürücüsü yalnız lisenziyada göstərilən regionda və qonşu vilayətlərdə fəaliyyət göstərə biləcək. Regiondan kənarda fəaliyyət göstərən sürücülərin lisenziyası ləğv edilməklə, cərimə ediləcək.
Məsələn, 01 seriyası ilə başlayan taksilər Daşkənd şəhəri, Daşkənd və Sırdərya vilayətlərində fəaliyyət göstərəcək. Əslində, bu çox da kiçik ərazi deyil. Sözügedən ərazilərin sahəsi 20 min kvadrat kilometrdən çoxdur, yəni Azərbaycanın təxminən dörddə biri.
Burada başlıca məqsəd paytaxt Daşkənddə taksi sayını azaltmaqdır. Çünki şəhər tıxaclardan əziyyət çəkir.
Vüqar