AZ

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Karyera Sərgisində iştirak edib

Naxçıvanda tələbə və məzunların karyera inkişafına dəstək məqsədilə Naxçıvan Dövlət Universitetinin 2-ci Karyera sərgisi keçirilib. Sərgidə 40-dan çox müəssisə və təşkilat iştirak edib. Sərgi tələbə və məzunların əmək bazarına çıxış və karyera imkanlarının artırılmasına, gənclərin işəgötürənlərlə ilkin əlaqələr qurmalarına şərait yaradılması məqsədi daşıyıb.

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) sərgidə öz stendi ilə təmsil olunub. Burada iştirakçılara DVX-də mövcud iş imkanları, işə qəbul prosesi, ali təhsil müəssisələrinin tələbələri üçün təşkil olunan könüllük fəaliyyəti barədə ətraflı məlumat verilib.

Seçilən
9
vergiler.az

1Mənbələr