AZ

Hindistanda təyyarə qəzasında 204 nəfərin meyiti tapıldı

Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğradığı ərazidə 204 nəfərin meyiti tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Hindistanın "Hindu" qəzeti Əhmədabad polis komissarı Qyanendru Sinqh Malikə istinadən yazıb.

Qeyd edək ki, təyyarənin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.

Həlak olanlar arasında 10 ekipaj üzvü və bort bələdçiləri var. Təyyarənin göyərtəsində 169 hindistanlı, 53 Böyük Britaniya vətəndaşı, 7 portuqaliyalı və bir kanadalı sərnişin olub.

İlkin məlumatlara görə, hava gəmisi quşla toqquşub və uçuş üçün optimal sürətə çata bilməyib.

Bizim.Media

Seçilən
48
1
bizim.media

2Mənbələr