Bakı. Trend:
Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanıadları verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentininfərdi təqaüdü artırılıb.
Trend xəbərverir ki, bu, Sosial müavinətlərin, Azərbaycan RespublikasıPrezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərinməbləğlərinin artırılması və bununla əlaqədar AzərbaycanRespublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamındadəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası PrezidentininFərmanında öz əksini tapıb.
Fərmana əsasən, 2025-ci il iyulun 1-dən Vətən MüharibəsiQəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan RespublikasıPrezidentinin təqaüdünün məbləği 2000 manatdan 2200 manata, MilliQəhrəmanı adı verilmiş şəxslər üçün Azərbaycan RespublikasıPrezidentinin fərdi təqaüdü 1800 manatdan 2000 manatqaldırılıb.